Yeni internet qəzet fəaliyyətə başlayıb

Azərbaycanda Azpost.info adlı yeni internet qəzet fəaliyyətə başlayıb

Azərbaycanda Azpost.info adlı yeni internet qəzet fəaliyyətə başlayıb.  Yeni media layihəsi olaraq internet-qəzet modelini seçən Azpost.info saytı ölkə və dünyanın əsas xəbərlərini oxuculara çatdırmaqla icitmai - siyasi, sosial, mədəni sahədə baş verən proseslərin analitik təhlillərini təqdim etməyi nəzərdə tutur.

İnternet qəzetin baş redaktoru jurnalist Xaqani Səfəroğlu "OLAYLAR"-a bildirib ki, oxucular onlayn qəzetdə cəmiyyətdə geniş müzakirə doğurmuş problemlərlə bağlı publisistik yazıları, müsahibələri oxuya biləcəklər.  Azərbaycanın turizm, aqrar sektoru, həmçinin ölkə iqtisadiyatının əsas sahələrinin uğur və problemləri saytın diqqətində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31