Əlavə yerləşdirmə üzrə müsahibə mərhələsi başlanıb

Əlavə yerləşdirmə üzrə müsahibə mərhələsi başlanıb

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31