SSRİ-nin nadir qəpiyi 6 min dollara satılır
31 Avqust 2019 08:06 SosialBəzi tarixi əhəmiyyət kəsb edən dəmir pullar dəyərindən dəfələrlə baha satışa çıxarıla bilir. Məsələn, SSRİ-nin nadir qəpiklərindən birini təxminən 6 min dollara satırlar.Kolleksionerlər 1953-cü ilin 5 qəpiyini Rusiyada 350 min rubl qiymətləndirirlər. Halbuki 66 il əvvəl həmin dəmir pula heç 1 kq çörək də almaq olmurdu.
Bəs o 5 qəpiyi qiymətli edən nədir? Mütəxəssislər bildirir ki, bu dəmir pul test sikkələri silsiləsindən olub. İstehsal zamanı daha keyfiyyətli materialdan istifadə edilib. Bu nümunədən tapmaq çox çətindir. Haqqında informasiya da geniş deyil.Bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31