4 evi qarət edən şəxs ələ keçib
4 evi qarət edən şəxs ələ keçib
30 Avqust 2019 15:59 SosialAbşeron rayonu ərazisində 4 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Alkişiyev saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31