Torpaqların konsolidasiyası ilə bağlı seminar keçirilib

Torpaqların konsolidasiyası ilə bağlı seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək" layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə iştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumatlar verilib. Daha sonra layihə çərçivəsində əldə olunan nəticələrlə bağlı təqdimat keçirilib. Seminar iştirakçılarına layihənin icrası zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar barədə məlumat verilib. Tədbirdə gələcəkdə layihənin nəticələrinin tətbiqi perspektivləri müzakirə olunub.

Seminarda çıxış edən Layihənin Baş Texniki Eksperti Morten Hartvigsen bildirib ki, Azərbaycan fermer təsərrüfat strukturlarının yaxşılaşdırılmasına aparan bir yola qədəm qoyub: "Buna baxmayaraq, ölkənin torpaqların konsolidasiyası ilə bağlı fəaliyyətin genişləndirilməsi konsepsiyasını həyata keçirmək üçün əlavə beynəlxalq texniki yardıma ehtiyacı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31