Deputatların tətili başa çatdı

Deputatların tətili başa çatdı

Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb. SİA-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb. Qanunvericiliyə əsasən, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. Parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31