Biləsuvarda icazəsiz ov edən şəxs cərimələndi
Biləsuvarda icazəsiz ov edən şəxs cərimələndi
30 Avqust 2019 13:42 SosialBiləsuvar rayonunda icazəsiz ov edən şəxs saxlanılaraq cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.
Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31