Əcnəbiləri qarət edən şəxs yaxalanıb

Əcnəbiləri qarət edən şəxs yaxalanıb

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun  28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildirmişlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılmışdır. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31