Xaçmazda da taxıl sahəsi və meşə zolağı yandı
Xaçmazda da taxıl sahəsi və meşə zolağı yandı
30 Avqust 2019 12:52 SosialFövqəladə Hallar Nazirliyi (FHN )Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğınla bağlı məlumat yayıb. FHN-dən "Olaylar"a daxil olan məlumatda bildirilib ki, Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülüb .Yanğın nəticəsində 50 hektar sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 hektar sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31