Sumqayıtda sürücü ilə kobud davranan yol polisi daxili işlər orqanlarından xaric olunub
Sumqayıtda sürücü ilə kobud davranan yol polisi daxili işlər orqanlarından xaric olunub
30 Avqust 2019 11:12 SosialSosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31