Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i hələ xəstəxanadadır
Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i hələ xəstəxanadadır
29 Avqust 2019 16:50 SosialLənkəranda PAZ markalı avtobusun aşması nəticəsində xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir."Olaylar" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, xəstəxanada müalicəsini davam etdirən 5 nəfərin biri reanimasiya şöbəsində yerləşdirilib. Digər 4 nəfər isə travmatologiya şöbəsində palataya yerləşdiriliblər.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31