Qəbələ sakinində sənədsiz silah aşkarlanıb

Qəbələ sakinində sənədsiz silah aşkarlanıb

Qəbələ sakinində silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Vəndam qəsəbə sakini E.Osmanovdan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31