"Müstəntiqin hərəkətləri məndə şübhələr yaradır" — Zülfüqar Xeyirxəbər NARAZIDIR

"Müstəntiqin hərəkətləri məndə şübhələr yaradır" — Zülfüqar Xeyirxəbər NARAZIDIR

Zülfüqar Xeyirxəbərin işi ilə bağlı Baş prokurora müraciət olunacaq.

Bu barədə "Ölkə.Az"a jurnalist Zülfüqar Xeyirxəbər özü məlumat verib.

Z.Xeyirxəbərin sözlərinə görə, ona fiziki zor işlədən Seymur Mustafazadə barəsində Cinayət məcəlləsinin 221-1 (xuliqanlıq)  maddəsi ilə cinayət işi açılıb.  "Onun saxlanma müddətindən 48 saat vaxt keçib və məhkəmə onun barəsində həbsqətimkan tədbiri seçməlidir. Lakin işi aparan müstəntiq və məhkəmə onun barəsində həbsqətimkan tədbiri seçilməsi barədə məhkəmə prosesini  qeyri-müəyyən vaxta təxirə salıb və zərərçəkən kimi mənə məlumat verilmir. Müstəntiqin hərəkətləri məndə şübhə doğrur və hər vəchlə işi başqa istiqamətə yönəltməyə çalışır"- zərərçəkən  bildirib.

Jurnalist onu da əlavə edib ki, ona fiziki zor işlədən Seymurun yaxınları ona rüşvət təklif edərək, şikayətini geri götürməyi təklif ediblər: "Lakin mən onların təklifindən imtina etmişəm. Mən eyni zamanda müstəntiqin hərəkətindən də narazıyam. Mənə qarşı zor tətbiq edən şəxsə Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə cinayət işi açmaq əvəzinə, 221.1 maddəsi ilə cinayət işi açıb. Bu maddəyə görə məsuliyyətə cəlb olunanın 1 ilədək azadlıqdan məhrum edilməsi və ya 3 min manatadək cərimə nəzərdə tutulur. Mən isə müstənqitdən  221.2 maddəsinin  açılmasını tələb etsəm də, o, maksimum bundan yan keçməyə çalışır və onun hərəkətləri məndə müəyyən şübhələr  yaradır"- jurnalist bildirib.

Z.Xeyirxəbər əlavə edib ki,  istintaq prosesində yaranmış durum narahat etdiyindən Mətbuat Şurasına rəsmi müraciət edib və sədr  Əflatun Amaşovla  danışıb: "Ondan istintaq prosesinin ədalətli aparılması üçün Baş prokurora müraciət edilməsini xahiş etdim. Onlar da  gün ərzində  Baş Prokurorluğa müraciət edəcəklərini bildirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31