FHN: Oğuz və Qəbələdiki meşə yanğınları tam söndürülüb
FHN: Oğuz və Qəbələdiki meşə yanğınları tam söndürülüb
29 Avqust 2019 15:11 SosialSon günlər ərzində Oğuz və Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 ha sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, yanğınların söndürülməsində nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və kənd bələdiyyələrinin nümayəndələri də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31