Avtoqəzada sərnişin hadisə yerində ölüb

Avtoqəzada sərnişin hadisə yerində ölüb

Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi "Mercedes" və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi "VAZ-21019" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.   Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31