4 təşkilatın sənədləri prokurorluq orqanlarına göndərilib
4 təşkilatın sənədləri prokurorluq orqanlarına göndərilib
29 Avqust 2019 13:08 SosialMaliyyə Nazirliyi mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərə dair sənədlər Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib. "Olaylar"ın əldə etdiyi məlumata görə, söhbət 266,7 min manat məbləğində artıq ödəmədən gedir. Sözgedən 4 təşkilat isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qax Peşə Liseyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Yaşıllaşdırma İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Zaqatala Peşə Məktəbi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir Tibb Kollecidir.