Nazir müavinləri vətəndaşları qəbul edəcəklər

Nazir müavinləri vətəndaşları qəbul edəcəklər

Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşları avqust ayının 30-u qəbul edəcəklər. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, nazir müavini Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini avqust ayının 30-u Şəki Mərkəzi Rayon Xəstəxanasında, nazir müavini Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini avqustun 30-u Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31