Yük maşını qadını vurub öldürüb

Yük maşını qadını vurub öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avqustun 28-i Sabunçu rayonu Maştağa qəsəbəsində yük maşını 1949-cu il təvəllüdlü Bədəlova Tahirə Əsgər qızını vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31