Azərbaycan məktəblisi Avropa İnformatika Olimpiadasında gümüş medal qazanıb

Azərbaycan məktəblisi Avropa İnformatika Olimpiadasında gümüş medal qazanıb

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər.

Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.

Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin X sinif şagirdidir.

Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31