Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri məlum olub
Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri məlum olub
29 Avqust 2019 11:39 SosialMüəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar.
Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.