Seymur Həzi azadlığa çıxdı
Seymur Həzi azadlığa çıxdı
29 Avqust 2019 11:02 SosialAzərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan həbsdəki jurnalist Seymur Həzi 5 ildən sonra bu gün azadlığa çıxıb. Məlumata görə, bu barədə onun həyat yoldaşı, müsavatçı fəal Nigar Həzi xəbər verir. O, Seymur Həzinin bü gün səhər saatlarında həbsxanadan buraxıldığını bildirib.
Seymur Həzi 2014-cü il avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında tanımadığı adama qarşı zor tətbiq etməkdə suçlanaraq saxlanılıb. Abşeron rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Seymur Həzi və Nigar Həzi 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar.