Azərbaycanda söz, fikir və mətbuat azadlığının inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir
Azərbaycanda söz, fikir və mətbuat azadlığının inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir
28 Avqust 2019 16:50 SosialÖlkəmizdə çoxsaylı yazılı media, eləcə də yüzlərlə intenet portalı, xəbər saytları fəaliyyət göstərir. Bu isə ölkəmizdə fikir, söz azadlığı, plüralizmin mövcudluğunun, onun ən yüksək səviyyədə qorunduğunun göstəricisidir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri olan tədbirlər görülür və qorunmaqdadır. Kütləvi informasiya vasitələri isə yaradılan bu əlverişli mühitdən səmərəli istifadə edir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətli rol oynayırlar. Ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin hər biri fikir, söz və məlumat azadlığını, plüralizm fonunda müstəqil fəaliyyət göstərərək, Azərbaycan həqiqətləri ilə yanaşı, tarixi, mədəniyyətimizi təbliğ edirlər. Söz azadlığı, siyasi plüralizmin mövcud olub-olmaması əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Bir ölkənin demokratik dəyərlərə uyğun inkişaf edib-etmədiyinə fikir vermək, diqqət yetirmək, təhlil etmək üçün həmin ölkənin media məkanına diqqət çəkmək kifayətdir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. İstənilən ölkədə demokratiyanın mövcud olub-olmadığı, bu prinsiplərə necə əməl edildiyi göstərən, sübut etdirən amillərdən biri də həmin ölkədə kütləvi informasiya vasitələrinin necə fəaliyyət göstərməsidir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycanda siyasi plüralizm ənənələri yüksək dərəcədə formalaşıb. Bu inkişaf özünü onda göstərir ki, ölkədə siyasi partiya və birliklərə hüquqlar verilir, onların qarşısında heç bir məhdudiyyət tətbiq edilmir. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun bariz göstəricisidir. Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Günümüzdə Azərbaycan Respublikasında media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşmaq siyasəti Heydər Əliyev siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bu sahəyə diqqət və qayğını daha da artırdı. Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Senzuranın ləğvi ölkədə demokratiyanın təkmilləşməsi eləcə də, demokratik qanunların tətbiq edilməsinn aydın təzahürü idi. Bununla insanların inkişafı yüksək şəkildə inkişaf etməyə, cəmiyyət sivil şəkildə formalaşmağa başlamışdır. Bu sərəncamla bir söv sanki Azərbaycan Avropaya inteqrasiya etməyə başlamışdır. Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi və bir çox əhəmiyyətli ənənənin yaranmasına şərait yaratdı. Başlıca olaraq isə Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi. Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı. Milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər durmadan davam etdirilir. Bundandır ki, ölkəmizdə söz, mətbuat azalığı və plüralizmin inkiafının artırılması üçün daha böyük imkanlar da yaradılmaqdaır. Bu isə öz növbəsində beynəlxalq aləmə inteqrasiyanı daha da gücləndirmiş olur. Ölkə başçısı daim medaianın inkişafı naminə müəyyən tədbirlər həyata keçirmiş, sərəncamlar imzalamışdı. Bu gün Azərbaycanda fəaliyyət göstərən azad mətbuat sayəsində insanlar müstəqil olaraq öz fikirlərini, arzu və istəklərini media vaistəsilə cənab prezidentə çatdırırlar. Respublikamızda söz azadlığı ilə bağlı qanunvericilik inkişaf etmiş ölkələrin qanunlarından öz ədalətliliyi və obyektivliliyi ilə nəinki geri qalmır hətta bu ölkələrin bir çoxlarını qabaqlayır. Bu özünü ölkəmizdə fəaliyyət göstərən yüzlərlə elektron informasiya agentliklər fəaliyyəti istiqamətində də özünü göstərir. Bu agentliklərin hər biri fikir, söz və məlumat azadlığını, plüralizmi əsas götürərək Azərbaycan həqiqətlərini, tarixi, mədəniyyətimizi müstəqil şəkildə təbliğ edir. Ölkəmkizdə mətbuat işçilərinə dövlət tərəfindən böyük dəyər verilir, mənzillə, fəxri adlarla təltif olunur. Bunlar mətbuata dövlət qayğısının bariz nümunəsidir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasını təmin edir. Qəzetlərin 2001 - ci il dekabrın 31 - dək olan "Azərbaycan" nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010 - cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümü idi. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədi ifadə edir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan bu elementlər hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb. Bütün bunlar sübut edir ki, Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun prioritet vəzifələrindən biridir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir