Azərbaycanda baba 3 yaşlı nəvəsini yük maşını ilə vurub öldürdü

Azərbaycanda baba 3 yaşlı nəvəsini yük maşını ilə vurub öldürdü

Gəncə şəhərində baba yük maşını ilə nəvəsini vuraraq öldürüb.

Hadisə şəhərin Yüsif Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31