Cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib
Cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib
28 Avqust 2019 15:25 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin 4 və 10 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar üçün "Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı" mövzusunda seminar-treninqlər keçirilib. Xidmətdən "Olaylar"a bildirilib ki, seminarda ekspertlər tərəfindən narkotik vasitələrin və narkomanlığın ailədə, cəmiyyətdə və insan sağlamlığında doğurduğu mənfi hallar, həyata keçirilən dövlət siyasəti və maarifləndirmə işləri barədə mühazirələr oxunmuş, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün tövsiyyələr verilmiş, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında məlumat verilb.
Çıxışlar zamanı narkomaniyanın ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyi, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazasının yaradıldığı, institusional islahatların həyata keçirildiyi vurğulanmışdır. İlk dəfə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti - Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında öz əksini tapmış narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğu qeyd edilmişdir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, sayca beşinci "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.