Taksi sürücüsünü hədələyərək pulunu alıblar
Taksi sürücüsünü hədələyərək pulunu alıblar
28 Avqust 2019 15:11 SosialAvqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi "KİA" markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar. DİN Mətbuat Xidmətinən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31