Çimərlikdə cinsi əlaqədə oldular - KAMPANİYA ÜÇÜN
28 Avqust 2019 07:58 SosialDünyanın əsas pornosaytlarından sayılan "Pornhub" saytı ekologiyanın problemlərinə diqqəti cəlb etmək üçün planetin ən çirkli çimərliklərindən birində pornovideo çəkib.
Publika.az xəbər verir ki, bu haqda "Forbes" nəşri yazıb.
"Dünyanın ən çirkli pornosu" kampaniyası çərçivəsində çəkilən videoda cütlük zibillərin arasında cinsi əlaqədə olurlar. Əvvəlcə onların bədəni tullantıların arxasında görünmür, ancaq sonra "Pornhub" əməkdaşları tullantıları təmizləyirlər.
"Pornhub" dünya okeanında zibilin emalı ilə məşğul olan "Ocean Polymers" qeyri-kommersiya təşkilatına hər baxışdan pul ayıracaq. Saytın vitse-prezidenti Kori Praysın sözlərinə görə, hazırda dünya okeanında 12 milyon tondan çox plastik kütlənin olması onları belə bir addım atmağa vadar edib.