Keçmiş məhkumda avtomat aşkarlanıb

Keçmiş məhkumda avtomat aşkarlanıb

Bakıda keçmiş məhkumda silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a  verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan "AKS-47" markalı avtomat silahı və 20 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31