Bakıda türk məşhur "Metropark"-dan qaçdı - Foto
Bakıda türk məşhur "Metropark"-dan qaçdı - Foto
27 Avqust 2019 13:16 SosialTürkiyənin "Survivor" yarışmasında 2016-cı ildə qalibi olan "Avatar" ləqəbli məşhur boksçu Çağan Atakan Arslan dünən Bakıya gəlib.
Olaylar.az xəbər verir ki, Bakıda "Metropark" ticarət mərkəzində fanatları ilə görüşməyə gələn məşhuru görmək üçün həddən artıq insanın toplaşması böyük izdihama səbəb olub.
Xəbərdə deyilir ki, Atakan uşaqların əzilmə təhlükəsi olduğunu görəndə şəkil çəkdirməkdən imtina edib. Məşhur boksçu cangüdənlərin köməkliyi ilə yanğın çıxışından ticarət mərkəzini tərk edib.
Atakan daha sonra verdiyi açıqlamada "Qapılar və lift bağlanılsa da, izdiham oldu. Uşaqları təhlükəyə ata bilməzdim. Təkrar gələcəm" - deyə bildirib.

yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31