Axtarışda olan insan alverçisi tutuldu - FOTO
Axtarışda olan insan alverçisi tutuldu - FOTO
27 Avqust 2019 10:50 SosialDaxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib.
Olaylar.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədbirlər zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə axtarışa verilmiş Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.
Kazımova Natəvan İbrahim qızı 1983-cü ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon sakinidir.
Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31