Abituriyentlərin nəzərinə! - Vaxt başa çatır
27 Avqust 2019 10:09 SosialAli təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31