Sabah peşə təhsili müəssisələrinə qeydiyyat yekunlaşır
Sabah peşə təhsili müəssisələrinə qeydiyyat yekunlaşır
26 Avqust 2019 17:03 SosialAvqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır. "Olaylar" xəbər verir ki, ixtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar. Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31