Evdən qızıl və silah oğurlayan ələ keçib

Evdən qızıl və silah oğurlayan ələ keçib

Bakıda evlərdən oğurluq edən yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları və "İJ" markalı ov tüfəngini  oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31