Qubada itkin düşmüş şəxsin meyiti tapılıb
Qubada itkin düşmüş şəxsin meyiti tapılıb
26 Avqust 2019 13:13 SosialQuba rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31