Nazir müavinlərinin qəbul vaxtı dəyişdirilib
Səhiyyə nazirinin müavinləri Elsevər Ağayev və Rahim Əliyevin vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib.
26 Avqust 2019 12:58 SosialSəhiyyə nazirinin müavinləri Elsevər Ağayev və Rahim Əliyevin vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, nazir müavini Elsevər Ağayev Zaqatala və Balakən rayon sakinlərini avqustun 30-da deyil, sentyabrın 6-da qəbul edəcək.
Nazir müavini Rahim Əliyev isə Şəki və Qax rayon sakinlərini sentyabr ayının 13-də qəbul edəcək. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31