İstintaq təcridxanasına heroin keçirmək istədi
İstintaq təcridxanasına heroin keçirmək istədi
26 Avqust 2019 12:34 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınmışdır. Xidmətdən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsmayılov Şahsevən Mayıl oğluna qonşusu Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0.830 qram narkotik maddə - heroin aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31