Azərbaycanlı aktrisa Türkiyə serialında baş rola çəkildi - Öz dilimizdə danışır
26 Avqust 2019 10:59 SosialAzərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin məşhur serialında baş rolda çəkilib.Oxu.Az-ın məlumatına görə, aktrisa "Yemin" serialında baş rollardan birini canlandırır.Y.Şahbazova serialda azərbaycanlı qadın rolunu ifa edir. Bu səbəbdən o, serialda Azərbaycan dilində danışacaq. Gündəlik serial olan "Yemin" sentyabrdan "Kanal D"də yayımlanacaq. Qeyd edək ki, Yağmur Şahbazova sonuncu dəfə "Vicdan Haqqı" serialında "Nərmin" rolunda oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31