SON DƏQİQƏ: Azərbaycanda yas mərasiminin keçirildiyi ev uçdu - XEYLİ YARALI VAR
25 Avqust 2019 15:02 Sosialİsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
Hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31