Siqareti balkona atdılar, bina yandı — Bakıda yanğın

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə Bəhruz Nuriyev küçəsi, 23/89 ünvanında baş verib.

İlkin məlumata görə, yanğına siqaret səbəb olub. Belə ki, yuxarı mərtəbədən atılan siqaret götüyü 2-ci mərtəbəyə düşüb və yanğın başlayıb. Hadisə nəticəsində 1 ev yanıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.(ölke.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31