Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi - VİDEO

  

Ötən gün İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani media nümayəndələri ilə görüşüb. 

Azvision.az xəbər verir ki, səmimi ortamda baş tutan görüşdə diplomat ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
O, bəyan edib ki, İndoneziya hər zaman Azərbaycanı dəstəkləyir və Qarabağ probleminin həllində istənilən yardımı etməyə hazırdır. 

Jurnalistlərlə söhbətdən sonra səfir piano arxasına keçərək bir neçə Azərbaycan mahnısını ifa edib. Diplomatın ifası alqışla qarşılanıb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31