Ev sahibi və arvadını döyüb mənzili qarət etdi
Ev sahibi və arvadını döyüb mənzili qarət etdi
23 Avqust 2019 16:20 SosialZaqatala rayonu ərazisindəki evlərin birinə girib ev sahibini və onun arvadını döyüb oradan pul, mobil telefon və qızıl əşyalar aparmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisindəki evlərin birinə girib ev sahibinin və onun arvadının əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 300 manat pul, mobil telefon və 1000 manat dəyərində qızıl əşyalar aparmaqda şübhəli bilinən Kebeloba kənd sakinləri F.Zəngiyev və İ.Zəngiyev saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31