Paytaxtda cibgir saxlanıb
Paytaxtda cibgir saxlanıb
23 Avqust 2019 16:16 SosialBakı şəhər sakininin pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31