Vətəndaşlar nazirdən hansı problemlərin həllini istəyib?

Vətəndaşlar nazirdən hansı problemlərin həllini istəyib?

Avqustun 23-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda Daşkəsən, Goranboy, Göygöl, Samux, Gəncə, Naftalan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər sırasında idman qurğularının idman avadanlıqları ilə təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi olub. Vətəndaşlar tərəfindən eyni zamanda, iş ilə təminat və şəxsi məsələlərlə də bağlı müraciətlər edilib.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə, baxılması üçün icraya yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31