Binə sakinini bıçaqlayan ələ keçib

Binə sakinini bıçaqlayan ələ keçib

Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də DİN-in "102 - Zəng Mərkəzi"nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub. Dərhal Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31