Köçkün qəsəbələrində pulsuz müayinə aksiyası keçirilib
Avqustun 23-də işğal günü ilə əlaqədar Cəbrayıldan olan tanınmış həkimlər Biləsuvarda yerləşən məcburi köçkün qəsəbələrini ziyarət ediblər.
23 Avqust 2019 15:14 SosialFüzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür. Avqustun 23-də işğal günü ilə əlaqədar Cəbrayıldan olan tanınmış həkimlər Biləsuvarda yerləşən məcburi köçkün qəsəbələrini ziyarət ediblər. Tibbin müxtəlif sahələri üzrə ixtisaslaşmış həkimlər məcburi köçkünləri pulsuz müayinə ediblər. Beş sahə üzrə ixtisaslaşmış həkimlər aksiyalarda cəbrayıllı köçkünləri müayinə edib, ollara tibbi məsləhətlər veriblər. Həkimlər arasında lor, nevropatoloq, qastroenteroloq, oftalmoloq, kardioloq olub. Cəbrayıllı həkimlər pulsuz müayinə aksiyasına bir neçə gün davam edəcəklərini söyləyiblər.