Azərbaycanda mikroavtobus qəzaya uğrayıb, 8 yaralı var – FOTO

 

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

"Report"un Aran bürosu xəbər verir ki, Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfərin xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31