Əcnəbini döyüb pulunu aldılar
Əcnəbini döyüb pulunu aldılar
22 Avqust 2019 14:52 SosialSabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, hadisə avqustun 15-də baş verib. İki naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyərək 70 manat pulunu və mobil telefonunu alıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31