Ev sahibinə elektroşok tətbiq edərək mənzili qarət etdilər

Ev sahibinə elektroşok tətbiq edərək mənzili qarət etdilər

Tərtərdə qarət məqsədi ilə girib ev sahibinə qarşı elektroşoker tətbiq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətndən "Olaylar"a verilən məlumata görə, hadisə avqustun 13-də rayon ərazisindəki evlərdən birində baş verib. Baş Cinayət Axtarışı İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ev sahibinə qarşı elektroşoker tətbiq edərək hadisə yerini tərk etməkdə şübhəli bilinən V.Quliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31