Bakıda üç uşaq anasının öldüyü qəzanın VİDEOSU
Bakıda üç uşaq anasının öldüyü qəzanın VİDEOSU
22 Avqust 2019 14:08 SosialBakının mərkəzində - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.
Olaylar.az "avtosfer.az"a istinadən xəbər verir ki, "Hyundai Tucson" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.
Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31