Yük maşınında 46 600 ədəd siqaret aşkarlandı

Yük maşınında 46 600 ədəd siqaret aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İran İslam Respublikasının "Mekanizasion Keshavarzi Shali Kasht" şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Maz" markalı yük avtomobili saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, həmin nəqliyyat vasitəsinə "Tobi" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd "Senator", 7000 ədəd "Milano" və 2000 ədəd "Kent" markalı siqaretlər aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31