Millimizin keçmiş baş məşqçisi vəfat etdi
Millimizin keçmiş baş məşqçisi vəfat etdi
22 Avqust 2019 13:41 SosialFutzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.
Braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.
Braziliyada "Riu Qrande du Sul" klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.
"Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31